“Bakı tez-tez “öz qaydaları üzrə oynamaq” arzusunu göstərir”
Bizi izləyin

Nida.az

“Bakı tez-tez “öz qaydaları üzrə oynamaq” arzusunu göstərir”

“Azərbaycan ən yaxın onilliklərdə Avropanın energetika təhlükəsizliyinin təmin olunmasında əsas oyunçulardan birinə çevrilmək niyyətindədir. Bundan başqa Bakı tez-tez “öz qaydaları üzrə oynamaq” arzusunu göstərir. Köhnə qitənin qaz təchizatı layihələrinə İraqın cəlb edilməsi cəhdi də məhz bunun göstəricisidir”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözlər “Nezavisimaya gazeta”nın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İraqa səfəri ilə bağlı dərc etdiyi yazısında yer alıb.

Qəzet yazır ki, kifayət qədər karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan yeni, o cümlədən Yaxın Şərq ölkələrindən olan partnyorlarını həyata keçirdiyi layihələrinə cəlb etməkdə davam edir. “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu günlərdə qəfildən İraqa səfər etdi. Səfər barəsində informasiya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İraq xarici işlər naziri Xoşyar Zebayri isə görüşündən sonra çıxdı. Jurnalistlərə bildirildi ki, Azərbaycan İraq təbii qazının Aropaya ixracına kömək etmək üçün “Cənub qaz dəhlizi” layihəsinə qoşulmağı təklif edir”, - “Nezavisimaya gazeta” qeyd edib.

Qəzet yazır ki, söhbət indiki halda Azərbaycan təbii qazını Türkiyənin qərb sərhədlərinə kimi daşıyacaq Trans-Anadolu təbii qaz kəmərindən (TANAP) gedir. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayeva bildirib ki, İraq qazının TANAP vasitəsilə Avropa bazarına ixracı hər şeydən əvvəl bu layihənin gəlirliliyini artıracaq. “Əgər boru kəməri tam gücü ilə işləyərsə, bu təbii ki, layihənin gəlirlərində əks olunacaq və iştirakçı şirkətlərə, o cümlədən TANAP-ın operatoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə dividentləri gətirəcək”, - G.Rzayeva deyib.

Qeyd edək ki, TANAP layihəsində pay bölgüsünə aid ilkin variantda 80 faiz ARDNŞ-yə, qalan 20 faiz isə Türkiyənin BOTAŞ şirkətinə məxsus idi. Sonrakı mərhələlərdə BP şirkəti ARDNŞ-dən 12 faiz pay alıb.

Keçən il dekabrın 17-də Bakıda "Şahdəniz-2"nin yekun investisiya qərarı verilərkən Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız TANAP-dakı paylarını 30 faizədək artırmaq niyyətində olduqlarını söylədi. Dekabrın sonunda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirdi ki, Azərbaycan prezidentinin göstərişi ilə Türkiyə tərəfinin TANAP-dakı payı 10 faiz artırılıb və 30 faizə çatıb.

Beləliklə, hazırda layihənin səhmdarları ARDNŞ (58 faiz), BOTAŞ (30 faiz) və BP-dir (12 faiz).

Lakin ARDNŞ hələ əvvəllər, yəni, 80 faiz paya malik olduğu vaxt bəyan etmişdi ki, payın 51 faizini özündə saxlamağı planlaşdırır. Qalan 29 faizini BP, "Statoyl" və "Total" şirkətlərinə təklif etmişdi. Göründüyü kimi, həmin 29 faizdən 12-sini BP, 10-unu isə BOTAŞ aldıqdan sonra ARDNŞ-nin sata biləcəyi 7 faiz payı qalır.

TANAP-ın səhmdarları 2014-cü ilin ikinci rübündə kəmərin təməlini qoymaq fikrindədirlər. Onun 2018-ci ildə istismara verilməsi gözlənilir. Layihənin dəyərinin 10-11 milyard ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur.

SAM-ın ekspertinin fikrincə, TANAP bu gün Türkiyənin ərazisində qazı Avropaya çatdıra biləcək yeganə layihədir. Belə ki, BOTAS-ın texniki imkanları buna cavab vermir. TANAP boru kəmərinin fərqləndirici xüsusiyyəti odur ki, bu layihə müstəqildir və Türkiyəyə aid deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm