Nida.az
Dərbəndin ləzgi rəhbərinin azərbaycanlılara qarşı müdhiş planı - ŞOK
Dərbənd şəhər məclisinin sədri İmam Yarəliyev azərbaycanlılara qarşı kampaniyaya başlayıb.
Publika.az-ın Dərbənddəki mənbələrdən əldə etdiyi
məlumata görə, dünən şəhər ictimaiyyətinin nümayəndələri və
Ağsaqqallar Şurasının iştirakı ilə məclis kitabxanasında toplantı
keçirilib. Toplantıda 100-dən artıq insan iştirak edib.
İştirakçılar yanvarın 31-də İmam Yarəliyevin istefası tələbi ilə mitinq keçirmək istəyən azərbaycanlıları ittiham edərək bunun yolverilməz hal olduğunu bildiriblər.
“Toplantıda Dağıstan rəhbərinin Cənubi Dağıstan üzrə xüsusi
nümayəndəsi Musaəfəndi Qənimatovun iki köməkçisi də iştirak edib.
Çıxış edənlər azərbaycanlıların davranışını pisləyib, İmam
Yarəliyevə dəstək olacaqlarını qeyd ediblər. Sonda Rusiya
prezidenti Vladimir Putinə, onun Şimali Qafqaz üzrə xüsusi
nümayəndəsi Sergey Məlikova, Dağıstan rəhbəri Ramazan Abdulatipova
müraciət ünvanlanıb. Müraciət İmam Yarəliyevə dəstək xarakteri
daşıyır və azərbaycanlıların mərkəzi hakimiyyətə qarşı çıxdığı
diqqətə çatdırılır”, - deyə məlumatda bildirilib.
Mənbə bu kampaniyanın İmam Yarəliyev tərəfindən başladıldığını qeyd
edib.
Qeyd edək ki, Dərbənd azərbaycanlıları yanvarın 31-də şəhər
mərkəzində kütləvi mitinq keçirməyi planlaşdırır.Mitinqin məqsədi
şəhər məclisinin sədri İmam Yarəliyevin istefasıdır. Şəhər meriyası
və Ədliyyə Nazirliyi mitinqə icazə verməsə də, azərbaycanlıların bu
addımda israrlı olduğu deyilir (http://publika.az/p/61515).
Məlumata görə, İmam Yarəliyev mərkəzi hakimiyyətin dəstəyini əldə edərək, azərbaycanlıları şəhərdə sıxışdırmaq istəyir.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...