Azərbaycan Prezidenti Davosda görüşlər keçirir
Bizi izləyin

Nida.az

Azərbaycan Prezidenti Davosda görüşlər keçirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin önəmi vurğulandı.

Azərbaycan ilə Gürcüstanın iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə də görüşü olub.

Görüşdə Azərbaycan ilə Monako arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olundu, mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi.

Söhbət zamanı birinci Avropa Oyunlarına hazırlıq məsələlərinə və beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm