Prezident "Mədəniyyət Konsepsiyası"nı təsdiq etdi
Bizi izləyin

Nida.az

Prezident "Mədəniyyət Konsepsiyası"nı təsdiq etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası" təsdiq edilir.

Nazirlər Kabinetinə Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Hökumət, həmçinin Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Prezidentə təqdim etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm