• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Macar alim Azərbaycandan yazdı: “Qafqazın parlayan ulduzu”

  • Nida.az
  • 23 Yanvar 2015 18:05
  • 459 Baxış
Macar alim Azərbaycandan yazdı: “Qafqazın parlayan ulduzu”

Macar dilində “Qafqazın parlayan ulduzu - Azərbaycan” adlı kitab nəşr olunub.


Macarıstanın tanınmış alimi, doktor Borbala Obrusanszkynın və Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu “Qafqazın parlayan ulduzu - Azərbaycan” adlı kitab işıq üzü görüb.


Publika.az xəbər verir ki, kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rolu və. s. mövzular haqqında ətraflı məlumat verilib.

Kitabın elmi məsləhətçisi “Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti”nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir.

Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR