Abbas Abbasova qarşı qruplaşma – FOTO
Bizi izləyin

Nida.az

Abbas Abbasova qarşı qruplaşma – FOTO

Xəbər verdiyimiz kimi, Söyün Sadıqov “Azerros” daxilində ona yaxın qruplaşmanın köməyi ilə qurumun Ağsaqqallar Şurasının sədri Abbas Abbasovu zərərsizləşdirmək istəyir.


Publika.az-ın iki gün öncə yaydığı məlumata görə, yanvarın 17-də keçirilən növbədənkənar qurultayda qurumun Abbas Abbasovun adamı olan rəhbəri Asif Məhərrəmov sədrlikdən uzaqlaşdırılıb. Abbasovu tam kənarlaşdırmaq üçün qruplaşma Ağsaqqallar Şurasının da ləğv olunduğunu açıqlayıb. Lakin Abbasov hazırkı vəziyyətlə razılaşmaq niyyətində deyil. O, keçirilmiş qurultayı tanımır və “Azerros” daxilindəki qruplaşmaya qarşı hücuma hazırlaşır (http://publika.az/p/61452).


“Qurumun içində marginallığı ilə seçilən adamlar var. Bu qrupa Sadıqov rəhbərlik edir. Söyün uzun müddət idi ki, “Azerros”a yaxın buraxılmırdı. Təsir imkanları azalmışdı. Görünür, o, uzaqda olanda da işi dayandırmayıb və qurumu içindən dağıtmaq planlarını hazırlayıb. Bu işdə ona Nizami Bəşirov, Qalib Ağayev, Tahir Hacıyev, Yusif Xıdırov kömək edir. Bu qruplaşma əvvəldən də qurumu Abbasov - Məhərrəmov kurasiyasından almaq istəyirdi. Son proseslər də bunu göstərdi. Ümumi hədəf isə Abbasovu ictimai-siyasi proseslərdən uzaqlaşdırmaq, onun nüfuzunu zədələməkdir”, - deyə “Azerros”a yaxın mənbə baş verənləri belə izah edib.


Bu xəbərlər fonunda sosial şəbəkələrdə yayılmış bir foto diqqət çəkir. Söyün Sadıqov və Yusif Xıdırovun yer aldığı fotoda Əşrəf və Vasif adlı əlavə iki şəxs də var.

İddialara görə, həmin şəxslər də Abbasova qarşı qruplaşmada Söyün Sadıqova dəstək verirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm