• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Reyqanın adamı, “907-ci düzəliş”, biznesmen siyasətçi – Qorbaçova müraciət edənlərin erməni işbirliyi

  • Nida.az
  • 23 Yanvar 2015 19:16
  • 1 340 Baxış
Reyqanın adamı, “907-ci düzəliş”, biznesmen siyasətçi – Qorbaçova müraciət edənlərin erməni işbirliyi

1990-cı il 20 Yanvar qırğınlarının törədilməsi ərəfəsində SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edən konqresmenlərin ermənilərlə əlaqələri haqda maraqlı faktlar ortaya çıxıb.


Publika.az xəbər verir ki, 1990-cı il “Qanlı Yanvar”dan öncə Qorbaçova göndərilən müraciəti ABŞ-ın indiki dövlət katibi Con Kerri və senatorlar Kleyborn Pell, Pit Uilson, Pol Seymak, Lerri Breksler imzalayıb.


“Azərbaycana göndərilən sovet zabitləri baş verənləri vətəndaş müharibəsi kimi dəyərləndiriblər. Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”, - deyə müraciətdə bildirilir.


Publika.az müraciətə imza atan senatorlarla bağlı araşdırma aparıb.


Con Kerri: Bu şəxs dövlət katibi olmamaışdan öncə Senatda erməni dəstək qrupunun üzvü olub. Xarici əlaqələr komitəsinin sədri kimi dəfələrlə ermənilərin maraqlarına cavab verən mövqe nümayiş etdirib. Qorbaçova ünvanlanan riyakar müraciətdən iki il sonra Con Kerri Konqresdə Azərbaycana qarşı məşhur “907-ci düzəliş”in müəllifi olaraq tarixə düşüb. 1992-ci ilin 24 oktyabr tarixində bu düzəliş Konqresdə təsdiqlənib. Həmin vaxt yeni müstəqillik qazanmış dövlətlərə ABŞ 460 milyon dollar yardım ayırırdı. Con Kerrinin sayəsində müstəqilliyinə yeni qovuşmuş Azərbaycana bir sent belə ayrılmadı. Ermənistanın təcavüzü ilə üzləşən Azərbaycana yardım edilməməsində Con Kerrinin ermənipərəst mövqeyi xüsusi rol oynadı.
Təsadüfi deyil ki, Kerri dövlət katibi təyin olunarkən bəzi ölkələrin mediası “ermənipərəst dövlət katibi” manşeti ilə çıxdı.


Kerri Dövlət katibi postuna təyin olunan kimi Amerikanın milli erməni komitəsi ona müraciət ünvanladı. Müraciətin formasından da ermənilərlə Kerrinin arasından “su keçmədiyi” görünürdü.

Müraciətdə ermənilər Kerrinin hələ Senatda işlədiyi dövrdə ustalıqla irəli sürdüyü bütün məsələlərlə bağlı hərtərəfli əməkdaşlığı davam etdirəcəyinə inandıqlarını vurğulayıblar. Daha sonra Ermənistan-Amerika münasibətləri, qondarma “Dağlıq Qarabağ respublikası”, Suriyadakı ermənilərin təhlükəsizliyi və Türkiyənin uydurma “erməni soyqırımı” tanıması üçün ABŞ-ın susdurmaq siyasətinə son qoyulacağına ümid etdiklərini bildiriblər.


Pit Uilson: Onun haqqında məlumat az olsa da, Amerika erməniləri ilə əlaqələri faktdır. Vaxtilə Reyqan administrasiyasında təmsil olunan Uilson Kaliforniyada seçki kampaniyasını təşkil etmək tapşırığı alıb. Reyqan bu ştatda nüfuzunun aşağı olmasından narazı idi. İctimai sorğular da Reyqanın nüfuzunun rəqibləri ilə müqayisədə aşağı olduğunu göstərib və problemi yoluna qoymaq tapşırığı Pit Uilsona verilib.

Uilsonun ilk dövrlər apardığı iş Reyqanı qane etməyib. ABŞ mediasının Uilsonun tərcümeyi-halı haqda yazdığı məlumatlarda da Reyqanın ona ciddi əsəbiləşdiyi deyilir.

Vəziyyətin çətin olduğunu görən Uilson ştatın erməni icmasına üz tutub. Məlumatlara görə, Kaliforniya erməniləri onun çağırışını eşidib və Reyqan ciddi səs toplaya bilib.

Daha sonralar Pit Uilsonun Kaliforniya qubernatoru seçilməsində də ermənilərin rolu böyük olub. Erməni icması ona təkcə səslə yox, maliyyə ilə də kömək edib.

Məlumat üçün deyək ki, Amerikada Kaliforniya ştatı ermənilərin ən çox kompakt şəkildə yaşadığı ştatdır.


Pell Kleyborn: Rod-Aylend ştatından nə az, nə çox, düz 6 dəfə seçilib. Bu seçkilərdə onun ən ciddi elektorat qruplarından biri kimi ABŞ erməniləri göstərilir. Hazırda Amerika kollec tələbələrinin sponsoru kimi məşhur olan Pellin erməni icması ilə biznes əlaqələrinin olduğuna dair xəbərlər var.


Qorbaçova ünvanlanan müraciətə imza atan digər senatorlar haqda ətraflı məlumat əldə edə bilməsək də, onların zaman-zaman erməniləri dəstəkləyən çıxışlar etdiyi məlumdur.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR