Rəsmi Bakı amerikalı həmsədrin müraciətinə cavab verdi
Bizi izləyin

Nida.az

Rəsmi Bakı amerikalı həmsədrin müraciətinə cavab verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Amerikalı həmsədr Ceyms Uarlikin Tvitter hesabı vasitəsilə Azərbaycan və Ermənistan prezidentinə müraciətinə cavab verib.

Publika.az-ın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmsədrləri Ermənistan rəhbərliyindən zorakı, təxribatçı əməllərini dayandırmağa vadar etməyə çağırıb.

"Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik tərəfləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm