Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.

Publik.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Serbiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm