ABŞ Rusiyanı bağışlamayacaq
Bizi izləyin

Nida.az

ABŞ Rusiyanı bağışlamayacaq

“Qərb və ABŞ Rusiyanın Mariupoldakı əməliyyatını cavabsız qoymayacaq”.

Axar.az xəbər verir ki, bu haqda Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu açıqlama verib.
Politoloq bildirib ki, bu gün Ukraynanın şərqində dövlətə qarşı döyüşənlərin hansısa üsyançı və qiyamçılar yox, Rusiya silahlı qüvvələri olduğu bir daha aydınlaşdı:

“Strateji əhəmiyyət kəsb edən Mariupol şəhərinin raket atəşinə tutulması buna əyani sübutdur. Mariupolu işğal etmək Rusiyanın ələ keçirdiyi Krıma quru yolu açmaq planında önəmli bir bənddir və şəhərin yaşayış məhəllələrini raket atəşinə tutmaq da bu şəhəri işğalçı Rusiya qoşunlarını dəstəkləməyən əhalidən təmizləməyə hesablanıb. Belə görünür ki, yaxın günlərdə ABŞ və Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların daha da sərtləşdirilməsi qaçılmaz olacaq. Növbəti iki həftə ərzində Rusiyaya qarşı çox sərt sanksiyaların şahidi olacağıq. Məsələn, Rusiyanın beynəlxalq ödəniş sistemindən çıxarılması və ya bu sistemdə ona məhdudiyyətlər tətbiq edilməsi kimi. Bu isə onun bir dövlət olaraq çökdürülməsi demək olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm