Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində bir qrup sakinlərlə, seçicilərlə görüşüb və onların qayğı və problemləri ilə maraqlanıb.

Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Bir sıra seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub.

Seçicilər əsasən yol, nəqliyyat, bağça, tibb məntəqəsi, əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyacla və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir sıra sakinlərin əkinlərini suvarmaq üçün və ümumiyyətlə, sudan ciddi çətinlik çəkdiyini bilir. Bununla bağlı Su və Melorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və bir neçə artezian quyularının qazıldığını, amma yenə də təlabat olduğunu deyən millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Su və Melorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.

Millət vəkili Qovlarda bəzi bölgələrə gedən yollar və ictimai nəqliyyatla bağlı problemləri aidiyyatı qurumlarla təkrar müzakirə edəcəyini və onların tezliklə həlli istiqamətində bir millət vəkili olaraq sakinlərin və özünün xahişlərini təkrar çatdıracağını deyib. Sakinlərin normal şəraitli bağçanın açılmasının vacibliyi ilə bağlı xahişi dinləyərək bu məsələnin həllinə böyük ehtiyac olduğunu bidirərək təkrar aidiyyatı qurumlarla bu məsələ ilə bağlı müzakirə aparaçağını deyib.

Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm