DGK sədri qabonlu həmkarı ilə görüşdü - FOTOLAR
Bizi izləyin

Nida.az

DGK sədri qabonlu həmkarı ilə görüşdü - FOTOLAR

Dövlət Gömrük Komitəsində (DGK) Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma nazirinin müavini xanım Maria Julie Bloqo Bi Nzendonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Publika.az-ın xəbərinə görə, görüşdən əvvəl nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.

DGK sədri Aydın Əiyev görüşdə qabonlu həmkarı ilə artıq ikinci dəfədir görüşdüyünü xatırlatdı: “Qabon Gömrük Təşkilatı ilə birgə əməkdaşlıq etmək barədə qərara gəldik. 2013-cü ilin payızındakı görüşdə də nümayəndə heyətinin Bakı səfərində bir çox məsələləri müzakirə etdik”.

Aydın Əliyev Qağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat verdi: “Azərbaycan 26 ildən çoxdur ki, münaqişə ilə üz-üzədir. Ölkəmizin iyirmi faiz torpaqları ermənilər tərəfindən işğal olunub. Amma buna baxmayaraq, ölkədə güclü dövlət quruculuğu, o cümlədən sistemli gömrük imkanları mövcuddur. Bu gün Azərbaycanda gömrük müstəqil orqandır və nazirlik statusuna malikdir. Komitənin büdcədənkənar maliyyə fondu var. Azərbaycanda gömrük əməkdaşlarının maddi rifahını yaxşılaşdırmaq üçün bu fonddan istifadə olunur. Gömrük orqanları həm də hüquq-mühafizə orqanıdır. Bütün quru sərhədlərimiz ağırtonnajlı avtomobillərin yoxlanılması üçün müasir avadanlıq və texniki vasitələrlə təmin olunub”.

DGK sədri ölkə başçısının dəstəyi ilə maddi-texniki bazanın formalşması üçün iri layihələr həyata keçirildiyini vurğulayıb.

Vasif Həsənli

FOTOLAR Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm