Rusiyadan müharibə anonsu: II Qarabağ müharibəsinin qalibi Azərbaycan olacaq
Bizi izləyin

Nida.az

Rusiyadan müharibə anonsu: II Qarabağ müharibəsinin qalibi Azərbaycan olacaq

“Qərb Rusiya ilə sərhəddə ikinci gərginliyi yarada bilər. Belə bir proqnozu hələ ötən il vermişdik. Bu, Cənubi Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər. Fikrimcə, yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi Qafqazda bunu görürük”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.


Politoloq Dağlıq Qarabağda yeni müharibənin baş verməsi ehtimalını yüksək dəyərləndirib: “Biz Qarabağda müharibənin ilkin elementlərini müşahidə edirik. Qoşunların təmas xəttində hər gün ciddi toqquşmalar baş verir”.


V. Arkov II Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını düşünür.


“Ermənistan bütün göstəricilərə görə Azərbaycana uduzur. Bakı heç bir zaman itirilmiş torpaqlarını geri qaytarmağa indiki kimi həvəsli olmayıb. Çünki bir həmlə ona bu şansı verəcək. Lakin Azərbaycan təcavüzə məruz qalan ölkədən təcavüzkar ölkəyə çevrilmək istəmir.

Onsuz da dünyada erməni lobbisi kifayət qədər güclüdür və indiyə qədər məhz onların fəaliyyəti nəticəsində bir çox həqiqət yanlış təbliğ olunub. Digər tərəfdən, Bakıda müharibə baş verərsə, Rusiyanın Ermənistan tərəfindən çıxış etməyəcəyinə dair əminlik yoxdur. Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi Ermənistanı müdafiə etməyi tələb edir. İkincisi, heç kim Kremlin Şərqi Ukrayna təcrübəsindən yararlanmayacağına zəmanət verə bilməz. Yəni Moskva öz vətəndaşlarının mümkün müharibədə muzdlu olaraq döyüşməsinə göz yumacaq”, - deyə o bildirib.


V. Arkov tərəflərin toqquşmalardan çəkinəcəyinə və sülh yolunu tutacaqlarına ümid edir.


Rusiyalı politoloq Şimali Qafqazda yaranmış vəziyyəti də təhlil edir. Onun fikrincə, bu regionda baş verənlər Moskva üçün ciddi təhdiddir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm