Amerika nəşri: Qatil ermənilər Azərbaycandan nümunə götürməlidirlər
Bizi izləyin

Nida.az

Amerika nəşri: Qatil ermənilər Azərbaycandan nümunə götürməlidirlər

Amerikanın “The Hill” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq haqda məqalə dərc edib. “Azərbaycan: multikulturalizm və tolerantlıq” adlanan məqalənin müəllifi beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qutdur.


Publika.az xəbər verir ki, məqalədə ABŞ-ın dini etiqad azadlığı üzrə komissiyasının yanlış mövqeyi tənqid olunur: “Azərbaycanda dini tolerantlıq haqda çox danışırlar. Lakin ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyası qeyri-müəyyən səbəblərdən Azərbaycanda və Qazaxıstanda dini etiqadla bağlı vəziyyətdən narahatdır. Qəribədir, komissiyanın analitikləri israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər və radikal ideologiyalar üçün maneələr yaratmamalıdırlar. Bu komissiyanın məntiqinə görə, Avropa liderlərinin yaxın vaxtlardakı çıxışları, o cümlədən Britaniyanın baş naziri Devid Kemeronun Ağ Evdəki çıxışı, yaxud Fransa və Belçika polislərinin hərəkətləri pislənilməlidir. Bu da öz növbəsində həm Amerikanın müxtəlif orqanları arasında koordinasiyanın, həm də beynəlxalq münasibətlərin ən mühüm məsələlərinə dair strateji mövqeyin olmamasını nümayiş etdirir”.


A. Qut bu komissiyanın mövqeyinə baxmayaraq, Azərbaycan və Qazaxıstanın ən tolerant ölkələr sırasında ilk yerlərdə olduğunu bildirib.


“Azərbaycan rəhbərliyi 2014-cü ildə ölkənin etnik və dini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki addım atdı. Birincisi, millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsi quruldu. Bu posta akademik Kamal Abdullayev təyin olundu. İkincisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Həmin mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin inkişaf etdirilməsidir”, - deyə müəllif qeyd edib.


Arye Qut bildirib ki, Azərbaycan əhalisinin əksəriyyətini şiə müsəlmanları təşkil edir, lakin bu ölkə müxtəlif din və etnik qrupların da vətənidir: “Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib. Respublika dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan hökumətində yüksək vəzifələr tutan milli azlıqların nümayəndələrinin və qadınların sayı xeyli artıb. Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda bir milyon məcburi köçkün problemi yaratdılar. Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qalıb. Halbuki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar, qırğınlar, zorakılıqlar XX əsrin ən böyük faciələrdəndir. Lakin Dağlıq Qarabağda müharibə başlayandan 20 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir. Azərbaycanda doğulmuş İsrail vətəndaşı kimi mən bu gün Azərbaycanda müsəlman və yəhudilərin birgə yaşayış səviyyəsinə görə fəxr edirəm”.


İsrail eksperti Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasını dəstəklədiyini deyib.


“Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Regionda ilk yəhudi muzeyinin inşası da planlaşdırılır. Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Qubada müsəlmanlarla yəhudiləri bağlayan bir amil də 1918-1919-cu illərin faciəli hadisələridir. O vaxt erməni millətçi “Daşnaksutyun” partiyasının üzvləri minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutmuşdu. İsrail dövləti Azərbaycanda yəhudilərə belə münasibətdə respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir. İki ölkə arasında dərin hörmət və əməkdaşlıq ənənələri, nümunəvi münasibətlər olmasaydı, yəhudilərə bu cür münasibət də olmazdı. İndi bu əməkdaşlıq genişlənərək ticari münasibətləri də əhatə edir. Neft alqı-satqısından başlamış yüksək texnologiyalar və innovasiyalara qədər geniş əhatəli ticarət dövriyyəsinin həcmi təqribən 3,5 milyard dollara bərabərdir. Azərbaycanda yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğı sayəsində Prezident İlham Əliyev İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm