Səməd Seyidovla Asim Mollazadə ABŞ-a gedir
Bizi izləyin

Nida.az

Səməd Seyidovla Asim Mollazadə ABŞ-a gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq.

Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər fevralın 4-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm