Elmar Məmmədyarov Slovakiya parlamentinin vitse-spikeri ilə görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Slovakiya parlamentinin vitse-spikeri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində Slovakiya parlamenti spikerinin müavini Yan Figel ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Y.Figel iki ölkənin siyasi əlaqələrinin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin də inkişaf etdirilməsi arzusunda olduğunu diqqətə çatdırıb.

O, bu qəbildən olan rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

E.Məmmədyarov Azərbaycanın digər ölkələrlə əməkdaşlığında parlamentlərarası əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, iki ölkənin parlamentləri arasında təmasların artırılmasının vacibliyini diqqətə çəkib.

O, Azərbaycanın son illər ərazində əldə etdiyi siyasi-iqtisadi inkişafı, enerji siyasəti və zəngin multikulturalizm ənənələri haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm