Müxalifət partiyasının lideri Prezidentə müraciət etdi
Bizi izləyin

Nida.az

Müxalifət partiyasının lideri Prezidentə müraciət etdi

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan xalqının milli kodlaşdırma probleminin həll olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.


Publika.az xəbər verir ki, partiya sədri müraciətində müstəqillik qazandığımız gündən indiyədək Azərbaycan dövlətinin təşəkkülü və xalqımızın formalaşması sahəsində xeyli işlərin görüldüyü qeyd edilir, bunlarla yanaşı, Azərbaycan xalqının milli kodlaşdırılması probleminin həll edilməsini xahiş edir.


S. Cəlaloğlu məktubda Azərbaycanda vətəndaşlıq institutunun, vətəndaş-dövlət bağlarının möhkəmləndirilməsində, dövlətçiliyin saxlanmasında və qorunmasında vətəndaşların fəallığını artırmağı təklif edir. Onun fikrincə, ictimai və dövlətçilik şüurunun formalaşmasında, vətəndaşlara tarixi ruhun aşılanmasında, milli mənlik şüurunun inkişaf etdirilməsində, dünya azərbaycanlılarının real milli həmrəyliyinin təmin edilməsində milli kodlaşdırılma ilə bağlı bir çox praktiki addımların atılması zəruridir:

“Mərkəzləşdirilmiş dövlətçilik uğrunda, xalqımızın etnik birliyi və tarixi ərazilərimizin erməni – gürcü – rus işğalından, eləcə də fars şovinizminin əsarətindən qorunmasında, Azərbaycanda separatizmin aradan qaldırılmasında, xalqın mədəniyyətinin və dilinin inkişaf etdirilməsində, milli diplomatiyanın təşəkkülündə, türkdilli xalqların yaxınlaşdırılmasında müstəsna xidmətləri olmuş Nadir Şah Əfşarın, Ağa Məhəmməd Şah Qacarın, şahzadə Abbas Mirzənin, milli demokratiya tariximizin görkəmli nümayəndələri Səttar Xanın və Şeyx Məhəmməd Xiyabaninin həyat və fəaliyyətinin, onların siyasi irsinin öyrənilməsi, xalqımıza və bütün dünyaya tanıtdırılması, xatirələrinin əbədiləşdirilməsi sahəsində ciddi işlərin görülməsi sahəsində dövlət proqramının həyata keçirilməsi vacib addım ola bilər”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm