Ziyafət Əsgərov: “Ermənistan üçün danışıqlar masasına oturmaq hələ gec deyil”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Ermənistan üçün danışıqlar masasına oturmaq hələ gec deyil”

“Seyran Ohanyanın bu açıqlaması Ermənistanın Azərbaycanın gücünü etiraf etməsi deməkdir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov deyib.


Komitə sədri qeyd edib ki, Ermənistanın hərbi rəhbərliyi Azərbaycanla güc dilində danışmağın mümkünsüz olduğunu anlayır: “Azərbaycan ordusu Qafqazın ən güclü ordusudur və Ermənistanı istənilən vaxt yerində oturda bilər. Görünür, Ermənistanda bunu artıq dərk edirlər. Deməli, onlar üçün danışıqlar masasına oturmaq hələ gec deyil”.


Z. Əsgərov Azərbaycan ordusunun hər keçən gün daha da gücləndiyini, maddi-texniki bazasının, hərbi sursatının artdığını diqqətə çatdırıb: “Azərbaycan Prezidenti, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu istənilən zaman torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Sadəcə olaraq, biz humanistlik göstərərək problemi sülh yolu ilə həll etməyin tərəfdarıyıq. Bunu bir daha bəyan edirik. Nə qədər gec deyil, Ermənistan danışıqlar masasına oturmalıdır. Əks halda, onun üçün daha da pis olacaq”.


Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistanın Azərbaycan ordusu tərəfindən vurularaq salınan helikopterinin kursdan yayındığını etiraf edib. Ohanyan bildirib ki, vurulan helikopterlə əlaqədar xidməti təhqiqatın nəticələrinə görə müəyyən şəxslər töhmət alıb, həmçinin işdən çıxarılanlar da olub.

Xatırladaq ki, noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 helikopteri Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr aralıda Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm