Prezident Arif Paşayevi “İstiqlal” ordeni ilə təltif edib
Bizi izləyin

Nida.az

Prezident Arif Paşayevi “İstiqlal” ordeni ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Mir Cəlal oğlu Paşayevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev "İstiqlal" ordeni ilə təltif edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm