• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

AŞPA sessiyasında girovlarımız üzərində qondarma "məhkəmə" pislənib

  • Nida.az
  • 28 Yanvar 2015 10:54
  • 429 Baxış
AŞPA sessiyasında girovlarımız üzərində qondarma "məhkəmə" pislənib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 26-da Strasburqda başlayan qış sessiyasında Dağlıq Qarabağ məsələsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Sevinc Fətəliyeva tərəfindən gündəmə gətirilib.

Trend-in məlumatına görə, S.Fətəliyeva AŞPA-da müzakirələr zamanı çıxış edərək qeyd edib ki, 25 ildən artıqdır ki, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü davam edir:

“Nəticədə 20 faiz ərazimiz işğal olunub, bir milyondan çox insan torpaqlarından qaçqın və məcburi köçkünə çevrilib, onların arasında valideyinlərini, bacı və qardaşlarını itirən uşaqlar, ailələrini itirən insanlar var. Bu gün torpaq həsrəti ilə yaşayan bu insanların hər birinin qəlbində bir arzu var: öz yurd-yuvalarına dönmək, ata-analarının, əzizlərinin məzarlarını ziyarət etmək. Məhz bu hissin gücü Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərə, öz ata-baba yurdlarını ziyarət etməyə sövq etdi. Həsən Həsənov öldürülüb, iki həmyerlimiz isə əsir götürülüb, onlara "cinayət işi" açılıb. Mövcud olmayan ölkədə qondarma "məhkəmə" Əsgərova ömürlük, Quliyevə isə 22 illik həbs cəzası kəsib”.

S.Fətəliyeva qeyd edib ki, hər kəsə məlumdur, Azərbaycanın sərhədləri bütün beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən tanınır. O qeyd edib ki, BMT qəbul etdiyi 4 qətnamə ilə işğal faktını təsdiqləyib və təcavüzkarların işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edib:

“BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsində bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Bu zaman sual meydana gəlir, heç bir sərhəd və qanun pozmayan, günahı yalnız torpaq sevgisi olan bu insanlar nədən cinayətkar və işğalçı olan bir ölkə tərəfindən girov götürülür? Buna hansı hüquqları var? Haqqın, ədalətin hökmü nədən bu məsələdə susur?! Azərbaycan qirovların azad olunması məsələsini beynalxalq təşkilatlar qarşısında goyub”.

Millət vəkili vurğulayıb ki, əğər insan haqları bütün beynəlxalq təşkilatların gündəmindədirsə və ən əsas məsələlərdən biri sayılırsa, onda nədən hələ də bu məsələ öz həllini tapmayıb:

“Separatçı rejimin girovlar üzərində məhkəmə qurması bütün hüquqi normaları pozur. Demək, Ermənistan heç bir qanun tanımır və ya bu qanunlara məhəl qoymur. Buradan bütün üzv ölkələri və AŞPA-nı Ermənistanı beynalxalq hüquqa hörmətlə yanaşmağa, təşkilat qarşısında olan öhdəliklərə əməl etməyə məcbur etməyə cağırıram”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR