İranın iqtisadiyyat naziri Azərbaycana gəlib
Bizi izləyin

Nida.az

İranın iqtisadiyyat naziri Azərbaycana gəlib

İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya Azərbaycana rəsmi səfərə gəlib.

Publika.az-ın məlumatına görə, Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında iranlı naziri Azərbaycan rəsmiləri və İranın Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıblar.

İkigünlük səfəri zamanı Ə.Təyyibniya Azərbaycanda iqtisadiyyat və bank sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, səfər Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Müstafayevin dəvəti ilə baş tutur. Ə.Təyyibniyanın bu gün Ş.Mustafayevlə görüşəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm