Nida.az
İlham Əliyev iranlı naziri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı nazir Əli Tayebnianın başçılıq etdiyi
nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və gələcək
əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından
önəmli olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev
ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı
imkanların olduğunu vurğuladı. İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini məmnunluqla
xatırlayan dövlətimizin başçısı səfər çərçivəsində hər iki ölkənin
iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyətini
qeyd etdi və forumda səslənən fikirləri iqtisadi sahədə əməkdaşlıq
üçün mövcud olan qarşılıqlı marağın ifadəsi kimi dəyərləndirdi.
Nazir Əli Tayebnia İran İslam Respublikasının Prezidenti Həsən
Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O,
Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində ikitərəfli
münasibətlərimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu
vurğuladı. İranlı nazir azərbaycanlı həmkarları ilə birlikdə
ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə daha da
genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini
dedi.
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin
başçısına çatdırmağı xahiş etdi.
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın