Elmar Məmmədyarov Qurbanqulu Berdiməhəmmədov və Mevlüt Cavuşoğlu ilə görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Qurbanqulu Berdiməhəmmədov və Mevlüt Cavuşoğlu ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin yanvarın 29-da Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə də görüşüb.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.

2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndiriblər.

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm