Nizami Cəfərov: “Türkdilli dövlətlərin vahid dili müəyyənləşir” – ÖZƏL
Bizi izləyin

Nida.az

Nizami Cəfərov: “Türkdilli dövlətlərin vahid dili müəyyənləşir” – ÖZƏL

“Türkiyə türkcəsi türkdilli dövlətlərin ortaq dili olmalıdır”.

Bunu Publika.az-a müsahibəsində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Atatürk Mərkəzinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bir sıra şərtlər mövcuddur. N.Cəfərov deyib ki, indi Türkiyə türkcəsi ortaq dilə çevrilir: “Bu gün bu türkcə artıq ortaq ünsiyyətdə də istifadə edilir. Eyni zamanda bu türkcə digər türk dillərinin hesabına zənginləşir. Yəni, Türkiyə türkcəsi necə varsa, o cür də ortaq ünsiyyət vasitəsi ola bilməz. Ona görə də bu türkcənin zənginləşməsi prosesi gedir. Bundan sonra da bu türkcəyə müxtəlif sözlər və qrammatikalar daxil olacaq. Biz də istəyərik ki, ortaq türkcə daha çox Azərbaycan dili olsun. Ancaq Türkiyə türkcəsinin də 70-80 faizini bizim dil təşkil edir”.

N.Cəfərov qeyd edib ki, hələlik Türk dünyasında bu sahə ilə bağlı liberal siyasət yürüdülür: “Misal üçün, Türkdilli Dövlətlərin Parlament Assambleyası var. Burada azərbaycanlı azərbaycanca, türkiyəli türkcə, qazaxıstanlı qazaxca, qırğızıstanlı isə qırğızca danışır. Eyni vaxtda da sinxron tərcümələr gedir. Təcrübə də onu göstərir ki, əslində orada 4 dil deyil, 2 dil iştirak edir. Yəni, biri Türkiyə türkcəsi və Azərbaycan dili, digəri isə qazax və qırğız dili. Hər iki dillər bir-birinə yaxındır. Türkiyədən olan hər hansı millət vəkili çıxış edəndə, bizim tərcüməyə ehtiyacınız olmur. Eləcə də Qazaxıstandan olan millət vəkili danışanda Qırğızıstandan da olanlar onu yaxşı başa düşür. Ancaq Qazaxıstan və Qırğızıstandan olan şəxslər çıxış edəndə, biz və Türkiyədən olan nümayəndələr onu daha dərindən anlamaq üçün tərcüməyə ehtiyac duyuruq”.

Komitə sədri deyib ki, ən uğursuz variant süni dil yaradılmasıdır: “Bunu da xeyli vaxtdır ki, Özbəkistan tərəfi təklif edir. Özbəklər deyir ki, əgər biz hər hansı türkcəni qəbul etsək, o zaman digər türklər bizdən inciyəcək və sairə. Bu isə məntiqsizdir. Çünki istənilən türkcədə bütün türk dillərinə aid olan sözlər var. Amma süni olaraq hər türkcədən bir söz tapıb ora yığsaq, bu, özünü doğrultmayacaq. Çünki biz bu təcrübəni görmüşük. Ona görə də bu gün Türkiyə türkcəsi ən real variantdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm