Nida.az
Deputatı özündən çıxardılar – SKRİNFOTO
“Əbülfəz Elçibəyin üzünə ağ olmaq” ifadəsi çox böyük iftiradır”.
Publika.az-ın məlumatına görə, bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa “facebook” səhifəsində status paylaşıb.
Deputat “Şəbnəm Həsənova” adlı istifadəçiyə müraciət edərək qeyd edib: “Savadsızlıqdan, qərəzdən söyləmənizin fərqi yoxdur. 1991-ci ildə onun siyasi məsələlər üzrə müşaviri oldum, prezidentliyi dövründə Dövlət Hüquq şöbəsinin müdiri oldum, Kələkidə onunla bərabər ağır günlər yaşadım, 1995-1998-ci illərdə onun Türkiyədə özəl təmsilçisi oldum, haqqında kitab yazdım, kitablarını nəşr etdirdim. Dönüşdən sonra da vəfatına qədər siyasi məsələlər üzrə müavini oldum. Xalq Cəbhəsində ancaq onun platformasını müdafiə etdim. Yəni fasiləsiz olaraq bütün siyasi fəaliyyətim birbaşa onunla bağlı olub. Bəlkə, siz dədənizin üzünə ağ olmuş övladsınız, ancaq Azərbaycanda azacıq vicdanı olan bircə adam belə bu cür ittihamı bizə qarşı irəli sürmə haqqına sahib deyil. Bu gün Azərbaycanın faydası üçün hansısa görüşlərini tənqid edə bilərəm, ancaq o, mənim müəllimim, liderim və dostum olub. Bu dürüst insanı hər gün rəhmətlə anmağı özümə borc bilirəm”.
Vasif Həsənli
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK