AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi seçildi
Bizi izləyin

Nida.az

AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində monitorinq komitəsinin iclası olub.

Publika.az-ın məlumatına görə, Maltadan olan deputat Cozef Debano Qrexin Azərbaycan üzrə həmməruzəçi səlahiyyətləri bitdiyi üçün yeni həmməruzəçi seçkisi keçirilib.

Komitə üzvləri polşalı deputat Tadeuş İvinskini Azərbaycan üzrə həmməruzəçi kimi namizədliyini yekdilliklə dəstəkləyiblər.

Yeni həmməruzəçi T.İvinski 1994-cü ildən Polşanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, monitorinq komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədridir.

Xatırladaq ki, həmməruzəçilərin səlahiyyət müddəti beş ildir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm