Qənirə Paşayeva AŞPA-da girovlardan danışdı
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva AŞPA-da girovlardan danışdı

Millət vəkili Qənirə Paşayeva AŞPA-da AŞ-nın baş katibi T.Yaqlandı Azərbaycanlı girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması üçün addımlar atmağa çağırıb.

Bu gün AŞPA-nın qış sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Tyobörn Yaqland AŞPA üzvləri qarısında çıxış edib və sonra millət vəkillərinin suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə müraciət edərək Azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb.

O deyib: "Bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı erməni rejimi tərəfindən girov götürülən azərbaycanlılar, məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmələr quraraq onları hələ də girov saxlamaqda, əziyyət və işgəncələr verməkdə davam edirlər və azad etməkdən imtina edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Onların girovluqdan azad edilməsi, azadlığa çıxması üçün bir baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız”.

Baş katib isə cavabında vəziyyətin gərginliyini xüsusi vurğulayıb. O deyib: «Bu, Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişə ilə bağlıdır. AŞ indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma AŞPA-nın Avropada İnsan Hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatında deyilir ki, biz dondurulmuş münaqişələr olan bölgələrdə öz instrumentlərimizi işlədə bilmirik. İnsan hüquqlarının qorunması baxımından bu bir növ qara dəliklərdir. Biz də indi düşünürük ki, bu konkret məsələ ilə bağlı necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik. Hələlik heç nə edə bilmirik.

Biz praktiki baxımdan nələr edə bilərik? Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma burada münaqişə olduğundan, bu çox həssas bir məsələdir. Amma mən yenə də əvvəlki kimi Konvensiyamızın dondurulmuş münaqişələrin mövcud olduğu bökgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada hamı, o cümlədən Dnestryani bölgədə, Dağlıq Qarabağda hamı bizim İnsan hüquqları üzrə Avropa Konvensiyamızla və digər uyğun beynəlxalq sənədlərlə qorunmalıdırlar.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm