• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Milli Şuranın missiyası bitib” – KXCP narazılığın səbəblərini açıqladı

  • Nida.az
  • 29 Yanvar 2015 16:46
  • 334 Baxış
“Milli Şuranın missiyası bitib” – KXCP narazılığın səbəblərini açıqladı

“KXCP ilə Milli Şura arasında fikir ayrılığı seçkilərdə yarandı. Biz bələdiyyə seçkilərində iştirakın vacibliyini önə çəkir, qurum isə bundan imtina edirdi”.


Bu barədə Publika.az-a açıqlamasında KXCP sədrinin müavini Bəybala Əbil deyib.


Onun sözlərinə görə, əvvəllər Milli Şuranın sessiyaları KXCP-nin qərargahında keçirilirdi: “Bizim qərargahda keçirilən son iki tədbirdə fikir ayrılıqları yaranmağa başladı. KXCP bələdiyyə seçkilərinin tərəfdarı idi, Milli Şura isə seçkilərdə iştiraka önəm vermirdi. Milli Şura prezident seçkiləri ərəfəsində yaranmışdı. Seçkilər 2013-cü ildə oldu, indi isə 2015-ci ildir.

Qurum heç bələdiyyə seçkilərinə yaxın durmadı, amma KXCP qatıldı. Söylədik ki, ya prezident, ya da bələdiyyə seçkiləri olsun, iştirak vacibdir. Biz fərq qoymadıq və seçkilərdə iştirak elədik. Əslində Milli Şuranın bu addımında belə çıxırdı ki, sırf prezident seçkilərinə yönəlik qurumdur. Əgər bələdiyyə seçkilərinə münasibət bildirmirsə, hüquq müdafiəçiləri ilə bağlı yaranan mərkəzə və digər birliklərə qoşulmursa, onda Milli Şura özünü Azərbaycanın ictimai-siyasi proseslərdən kənarda saxlayır. Mirmahmud Mirəlioğlu düz deyir, Milli Şuranın missiyası bitmiş sayılır. Seçkilər arasında fərq hansı məntiqlə qoyulur? Seçki seçkidir, iştirak etmək lazımdır”.


B. Əbil narazılığa səbəb olan digər məqamlara da toxunub. Onun sözlərinə görə, qurumun sıralarının genişləndirilməsi zamanı da fikir ayrılığı yaşandı.


“Seçkidən sonra Milli Şuranın genişləndirilməsi məsələsi önə çıxdı. Bu da hansısa partiyanın hesabına reallaşacaqdı. KXCP buna qarşı çıxdı. Ardınca Milli Şura KXCP-nin qərargahında tədbir keçirməkdən imtina etdi. Biz əvvəlcə bunları ciddiyə almadıq, xüsusi mövqe də bildirmədik. Lakin sonradan Milli Şurada təmsil olunanların başqa məqsədlər güddüyünün şahidi olduq. Lakin biz nə Milli Şuraya daxil olan partiyalar, nə də digəri ilə ziddiyyətə getməyi düzgün qəbul etmirik. Düşünürük ki, müxalifət 2013-cü ildə bir yerə toplandığı kimi, indi də birləşsin”, - deyə KXCP rəsmisi qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR