AŞPA-da ermənilərin qətlə yetirdiyi jurnalistlərimizdən danışıldı
Bizi izləyin

Nida.az

AŞPA-da ermənilərin qətlə yetirdiyi jurnalistlərimizdən danışıldı

Millət vəkili Qənirə Paşayeva AŞPA-da ermənilərin qətlə yetirdiyi jurnalistlərimizdən danışıb və qatillərin ədalət qarşısında cavab verməsi üçün qurumu addımlar atmağa çağırıb.

Bu gün AŞPA-da “Avropada mediya azadlığının qorunması” adlı məruzəçi Gvozden Srecko Flegonun hazırladığı məruzə ətrafında geniş müzakirələr olub.

Müzakirələrdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. O deyib: “Mən millət vəkili olmaqdan əvvəl uzun illər jurnalist işləmiş və bir sıra münaqişə bölgələrində fəaliyyət göstərmiş jurnalist olaraq ilk öncə mərizəçinin məruzəsində münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərə hucumları pisləməsini dəstəkləyərək hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərməliyik. Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı münaqişə zonasında olan və ya işləyən jurnalist dostlarımızı itirən bir şəxs kimi bunun nə qədər vacib olduğunu bildirmək istəyirəm.

Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayev, Osman Mirzəyev və bir çox jurnalistlər məhz jurnalist fəaliyyətini yerinə yetirərəkən Ermənistan Silahlıları, erməni silahlıları tərəfindən qətlə yetirilmişdilər və bu günə qədər onları qətlə yetirənlər ədalət qarşısında cavab verməyiblər və hələ də Ermənistanda rahat gəzirlər. Bu jurnalistlər Ermənistanın işğal etdiyi Azərbaycan bölgələrində Ermənistan Silahlıları dinc insanılara qarşı törətdiyi cinayətləri, yüzminlərlə insanın öz evindən köçkün salınmasını dünyaya yaydıqları üçün Ermənistan Silahlıları tətəfindən məqsədli şəkildə qətlə yetirilmişdilər. Mən Assambleyamızı və məruzəçini bu məsələyə də diqqət ayırmağa çağırıram.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda mətbuat və media azadlığı sahəsində görülən işlərdən də danışıb. O deyib:” Azərbaycan müstəqilliyini 24 il əvvəl təkrar qazanmış və demokratik dövlət quruculuğu yolunu tutmuş bir ölkədir. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan torpaqlarını işğalı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün problemləri səbəbindən bu mövzuya lazımi qədər diqqət ayırmağı mümkünsüz etsə də 20 ildən artıqdır ki, mətbuat və mediya azadlığına böyük önəm verilir və bu istiqamətdə çox saylı işlər görülüb və islahatlar aparılmaqda davam edir.

Azərbaycanda mətbuat və mediya azadlığı sahəsində çoxlu sayda işlər də görülür və problemlərlə bərabər bunları da görmək lazımdır. Kütləvi İnformasiya vasitələrinə dövlət dəstəyini artırmaq üçün yaradılmış Kütləvi İnformasiya Vasitələrinə Dəstək Şurası, bütün dünyada olduğu kimi Azərbaycanda da internet mediyanın gücünün artması ilə çətin günlərini yaşayan qəzetlərə dövlət dəstəyi olan yardımların verilməsi kimi bir çox önəmli layihələri sadalaya bilərik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm