
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd
Cavad Zərif fevralın 16-da Azərbaycana rəsmi səfər
edəcək.
Fevralın 18-dək davam edəcək səfər çərçivəsində M.C.Zərifin
Azərbaycan Respublikasının Prezidenti və xarici işlər naziri ilə
görüşləri nəzərdə tutulur.
Görüşlərdə İran ilə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrinin perspektivləri və regional təhlükəsizlik məsələləri
müzakirə ediləcək.