Politoloq: “Sarkisyan güc nümayiş etdirsə, hakimiyyətini itirə bilər”
Bizi izləyin

Nida.az

Politoloq: “Sarkisyan güc nümayiş etdirsə, hakimiyyətini itirə bilər”

“Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc nümayiş etdirmək Sərkisyana hakimiyyətini itirmək bahasına başa gələ bilər”.


Publika.az xəbər verir ki, bu barədə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.


Ermənistana məxsus pilotsuz təyyarənin Azərbaycan tərəfindən vurulması haqda danışan politoloq bunu kifayət qədər ciddi məsələ adlandırıb: “Ordumuz tərəfindən vurulan təyyarənin Ermənistana məxsus olduğunu əminliklə demək olar. Ermənistan rəsmilərinin bunu komik bir şəkildə təqdim edərək, Azərbaycanın guya səhvən öz təyyarəsini vurduğunu bəyan etməsi də anlaşılandır. Yadınızdadırsa, cəmi bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın ünvanına hədə-qorxu dolu bəyanat səsləndirmişdi. Azərbaycan tərəfinin təyyarəni vurması isə bir növ “indi buyurun bacarığınızı göstərin” deyə cavabdır. Belə olan halda Ermənistanın iki yolu qalır. Ya faktı etiraf edib cavab tədbirləri görmək, ya da təyyarənin ona məxsus olduğunu boynundan atmaq”.


Politoloq hesab edir ki, İrəvan ikinci yolu seçib.


“Ermənistan rəhbərliyi ikinci variantın ona daha ucuz başa gəldiyini anladığından buna üstünlük verib. Məncə, bu addımı atmaqda haqlıdırlar. Çünki bugünkü sosial tələblərlə keçirilən etirazlar və Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc nümayiş etdirmək Sarkisyana hakimiyyətini itirmək bahasına başa gələ bilər. Xüsusilə Moskvanın açıq şəkildə dəstəklədiyi birləşmiş və güclü Ermənistan müxalifətinin mövcud olduğu şəraitdə”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm