Nida.az
“İsa Qəmbər Qubad bəyi 100 faiz Müsavatdan çıxaracaq”
“İsa Qəmbər Qubad bəyi 100 faiz Müsavatdan uzaqlaşdıracaq”.
Bunu Publika.az-a açıqlamasında İsa Qəmbərin
keçmiş müşaviri, ADR hərəkatının üzvü Hüseyn Məlik deyib.
H. Məlik Müsavatın hazırkı rəhbərliyinin Qubad İbadoğlunu
partiyadan çıxarmağı qarşıya məqsəd qoyduğunu bildirib.
“Müsavat Partiyasının qurultayında başqanlığa namizəd olmuş Qubad
İbadoğlu 48 faiz səs alıb. Qurultayda saxtakarlığın olub-olmaması
haqda danışmaq fikrim yoxdur. Bu barədə çox danışmışıq. Lakin yeni
formalaşan rəhbərlik bütün ağlasığmaz vasitələrdən istifadə edib
Qubad bəyi partiyadan uzaqlaşdırmaq üçün bəhanələr axtarır. Mən
dəqiq bilirəm ki, İsa Qəmbər Qubad bəyi 100 faiz partiyadan
uzaqlaşdıracaq . O, əlinə düşən imkandan istifadə edəndir”, - deyə
o bildirib.
Qeyd edək ki, Arif Hacılının komandası Q. İbadoğlunu fevralın 2-də
keçiriləcək Divanın toplantısına dəvət edib. Çıxarılma qərarının
orda veriləcəyi gözlənilir.
Asif Nərimanlı
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...