Millət vəkili AŞPA-da Ermənistan heyətini ittiham etdi
Bizi izləyin

Nida.az

Millət vəkili AŞPA-da Ermənistan heyətini ittiham etdi

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva AŞPA-nın toplantısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları dağıtması məsələsini qaldıraraq Assambleyanı bu cinayətləri durdurmaq üçün addımlar atmağa çağırıb.

O həmçinin Ermənistanda, tarixi Azərbaycan torpaqlarında rəsmi İrəvanın etnik təmizləmə siyasəti yürüdərək bütün azərbaycanlıları öz evlərindən qovmasından sonra bu ölkədə azərbaycanlılara məxsis dini, tarixi, mədəni abidələrlə yanaşı qəbirstanlıqların da dağıdıldığını deyib və təşkilatı bu məsələyə sərt münasibətə səsləyib. O deyib: “Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbirstanlıqlar belə dağıdılıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlaırnda da azərbaycanlılara məxsus bütün dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları dağıdırlar və bizim əlimizdə sizə göstərə bilmək üçün kifayət qədər foto və video materiallar var”.

Millət vəkili Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin Assambleyaya yalan, yanlış məlumatlar verdiyini və Azərbaycan əleyhinə böhtan çıxışlar etdiklərini göstərmək üçün Assambleyaya müraciətlə deyib:”Əgər siz Azərbaycana gəlsəniz, ölkəmizdə yaşayan Azərbaycan vətəndaşı olan erməniləri görə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamızı zorla öz evlərindən qovulub. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində də azərbaycanlı qalmayıb, çünki Ermənistan Silahlı Qüvvələri onların hamısını zorla öz evindən qovub.

20 mindən çox azərbaycanlı qətlə yetiriblər. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər.” Millət vəkili dini inancından,etnik mənsubiyyətindən asılı olmayaraq insanların dini, tarixi abidələrinin məhv edilməsinin yolverilməz olduğunu bildirərək Assambleyanı Ermənistanın azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələr və eyni zamanda qəbirstanlıqları dağıtmasına sərt reaksiya verməyə və bu cür cinayətləri durdurması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm