Söyün Sadıqov qalmaqal yaratdı: “Azerros” sədri Putinin təşkilatını tərk etdi
Bizi izləyin

Nida.az

Söyün Sadıqov qalmaqal yaratdı: “Azerros” sədri Putinin təşkilatını tərk etdi

“Azerros”un fəxri sədri Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlər Şurasında qalmaqal yaradıb.


Publika.az xəbər verir ki, şuranın bu gün keçirilən toplantısının ilk dəqiqələrində söz alan S. Sadıqov Millətlər Şurasından çıxdığını elan edib. Sadıqov Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyini sərt ittiham edib. Buna səbəbsə güc strukturlarının onun rəhbərliyi ilə yanvarın 17-də keçirilən qurultaya müdaxilə etməsi olub.

S. Sadıqovun bu bəyanatından sonra zaldan onun Millətlər Şurasında qalması ilə bağlı replikalar səslənib.


Lakin “Azerros”un fəxri sədri Millətlər Şurasını Azərbaycan icmasının müdafiəsinə qalxmaq cəsarətinin olmamasında ittiham edib: “Müdaxilə nəticəsində qurultay yarımçıq qalma həddinə çatdı. Burada Rusiyanın milli siyasəti üçün məsuliyyət daşıyan məmurların da fəaliyyətsizliyi rol oynayır”.


Bundan sonra, o, Şuranı tərk edib.


S. Sadıqov daha sonra Rusiya mediasına açıqlamasında Millətlər Şurasında ona yaxın və dost olan insanların qaldığını deyib: “Lakin Rusiya azərbaycanlılarının qurultayı ətrafında baş verənlərə şuranın reaksiya verməməsi, vətəndaş cəmiyyətinin öz hüquqlarını müdafiə etməyə hazır olmadığını deməyə əsas verir. Mənim gedişim hər kəsi Rusiya Federasiyasının ictimai həyatında yeri və rolu barədə düşünməyə vadar edəcək. Mən öz millətimi – azərbaycanlıları sevirəm. O cümlədən vətənim Rusiyanı sevirəm. Heç kəsin onları ələ salmasına imkan vermərəm”.


Qeyd edək ki, yanvar ayının 17-də “Azerros”da Sadıqov qruplaşması növbədənkənar qurultay keçirərək, Abbas Abbasovun adamı olan Asim Məhərrəmovu postundan uzaqlaşdırıb. Həmçinin Abbasovun sədri olduğu Ağsaqqallar Şurası da ləğv edilib. Abbasov isə bu qurultayın nəticələrini tanımayıb. O, mart ayının 6-da “Azerros”un qurultayını təyin edib. Hazırda “Azerros” Abbasov və Sadıqov qruplaşması olaraq iki hissəyə ayrılıb. Moskvanın Abbasova dəstək verdiyi deyilir. Sadıqovun keçirdiyi qurultaya polis müdaxiləsinin də Abbas Abbasov tərəfindən sifariş olunduğu iddia edilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm