Azərbaycan və Amerika yəhudiləri görüşəcək
Bizi izləyin

Nida.az

Azərbaycan və Amerika yəhudiləri görüşəcək

Milli Məclisin deputatı Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Publik.az-a verilən məlumata görə, deputatımız Los-Anceles şəhərində yerləşən ən böyük yəhudi məbədlərindən biri olan “Sinay” sinaqoqunda keçiriləcək xüsusi dəri üzərində hazırlanmış Tövratın (“Sefer Tora”) təqdimat mərasimində iştirak edəcək.

Tədbirdə Azərbaycan və Amerika yəhudiləri arasında yaranmış əlaqələr, ölkəmizdə dini tolerantlıq ənənələrinin formalaşması barədə fikir mübadiləsi aparılacaq və ABŞ-ın Yəhudi icmaları tərəfindən müqəddəs “Sefer Tora” Bakı Dağ Yəhudiləri Dini icmasına bağışlanacaq.

Səfər fevralın 4-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm