Elşən Musayev: “Xədicə İsmayıl kimi…”
Bizi izləyin

Nida.az

Elşən Musayev: “Xədicə İsmayıl kimi…”

Amma harda ki, bütün nəzəri diqqətlər üzərindədir və artıq sanbal, ciddiyyət, qətiyyət kimi anlayışlar bir tək içindən gələn deyil, həm də daşıdığın öhdəliklərdən və vəzifələrdən doğan təzahüratdır, o zaman artıq sən hamıdan biri ola bilməzsən.

Nəinki siyasətdə, ümumiyyətlə, yaşadığı həyatda, sərgilədiyi fəaliyyətdə, hətta deyim ki, məişətdə belə normal adamın özünəməxsus funksiyaları, prinsipləri, mövqeyi olmalıdır. Ki, məqsəd və nəticəyə vara bilsin. Ya da ən azından ona doğru istiqamət ala bilsin. Amma bir daha xatırlatmaq istəyirəm: söhbət normal adamdan gedir...! Və niyə əvvəldə siyasət dedim, onu xüsusi olaraq, altını çizərək vurğuladım? Çünki normal həyatda tanınmamış, ictimailəşməmiş sima olaraq bəlkə də nələrisə ötüşdürmək, ya da hər hansı bir qınaqdan yayınmaq mümkündür. Amma harda ki, bütün nəzəri diqqətlər üzərindədir və artıq sanbal, ciddiyyət, qətiyyət kimi anlayışlar bir tək içindən gələn deyil, həm də daşıdığın öhdəliklərdən və vəzifələrdən doğan təzahüratdır, o zaman artıq sən hamıdan biri ola bilməzsən.

Hamı kimi ola bilərsən, hamıya uyğunlaşa bilərsən, hətta hamını özünə uyğunlaşdıra bilərsən. Amma hamıdan biri ola bilmərsən... Çünki fərqlənməyə və seçilməyə məcbursan. Hətta məhkumsan. Fəqət, nakişiliyinlə və biqeyrətliyinlə deyil, ciddiyyətinlə, ötkəmliyinlə və özünəməxsusluğunla...

***

Sadə bir misal çəkmək istəyirəm: Məsələn, Azərbaycanın musiqi aləmində bəzi insanlara”sənətkar” ya da “ifaçı”- deyə müraciət etmirlər. Onların “manıs” ayaması var. Və həmin “manıs”ların özünəməxsusluğu, eyni zamanda cəmiyyət tərəfindən illər uzunu formalaşan xarakteristikası da məhz ondan ibarətdir ki, onların səsini eşidib üzlərini görməyəsən. Yəni ancaq dinləyəsən. Çünki nələri olmasa da avazları xoşdur. Eynən siyasətimizdə qərarlaşan bəzi avazıxoşlar kimi. Düz 20 ildir qulağımızın dibində qırıldayan, dırıldayan başıboşlar kimi. Bəzənsə hətta beynəlxalq birliyin bək-vokalı qismində çıxış edən, səsi gəlib özü görünməyən, ya da hansısa maniken siluetin üzərində tərpənməz qalan makintojlar kimi...

***

İllərdir biz eyni şeyi söyləyirik: Azərbaycan müxalifətinin yolu yoxdur. Bunların böyük bir qismi yolsuzluq sindromunun daşıyıcılarıdır. Və ya necə ki, bəzi xəstəliklərin etimologiyasında yoluxma mənbəyi olaraq ”tibbə hələ də bəlli olmayan səbəblər” göstərilir, siyasətimiz də bax elə təxminən eyni cür: Bəzi virusların mənşəyi bəlli deyil. Məsələn? “Milli Şura”. Sona qədər aydın olmadı ki, müxalifətçilərimiz bu virusu dəqiq olaraq Rusiyadamı tutub, daxildəmi yoxsa uzaq xaricdəmi?

Və deyim ki, bir də bunların xroniki xəstəlikləri var. Məsələn, “satqınlıq”və “buqələmunluq” kimi. Hə... bir də - casusluq... Öz də çox maraqlıdır, bənzər və standart qəlibdə qərar tutmalarına rəğmən onların bir-birinə ünvanladığı ittihamlar da səngimir. Həm də biri beşinə və beşi birinə dəyməyən məkanda. Oysa, sadə dildə desək: hamısı bir bezin qırağıdır. Üstəgəl eyni təfəkkürün də yiyəsi, eyni bıçağın da tiyəsi...

Amma bu məqamda vurğulamaq istədiyim daha bir nüans var: Radikal müxalifətin “ittiham oyunu” heç də yalnız kimisə siyasi səhnədən uzaqlaşdırma niyyəti güdmur. Yəni, tutaq mən hakimiyyətə gələrəm, filankəs şərik olar və s. və ilaxır. Qətiyyən! - Bunların dərdi başqadır və həmin dərdin mahiyyəti də ondan ibarətdir ki, ilk öncə müxalifətçiliyi monopoliyada saxlamaq mümkün olsun və ələlxüsus da beynəlxalq təşkilatlara, eyni zamanda xarici dövlətlərə verilən danoslar daha lokal çevrədə və həndəvərdə həyata keçirilsin... Elə son günlər müxalif mətbuatda Azərbaycan siyasətinin dırnaqarası eskadosu və tankı Xədicə İsmayıl haqqında gedən yazılar da bənzər kontekstdədir...

Məlum yazıda Xədicənin Amerika Senatını təmsil edən nümayəndələrlə görüşündən bəhs olunur. İddia da belədir ki, radikal müxalifət cəbhəsində kifayət qədər satılmışlar var. Hətta onların adları belə məlumdur. Və Xədicə həmin ad siyahısını haqqında danışdığım şəxslərə: Con Zadrozni və Daniel Vajdiçə təqdim edir...

Təbii, belə bir məqamda, yəni dar baxış bucağında mətn etibarilə nələrisə müzakirə etmək çətindir. Amma mahiyyət və məğz etibarilə mümkündür! Həm də illərin təcrübəsinə istinadən!

Əvvəla, müxalifətin satılması təzə xəbər deyil (sadəcə ünvan səhv salınıb)və bu iddia ilə (faktla) hazırda kimisə heyrətləndirmək olmaz. Niyə olmaz? Çünki həmin o satqınlıq – artıq mövcud siyasətimizdə ridumentə çevrilən radikal müxalifət nümayəndələrinin üz ifadəsinə, hətta beyin hüceyrələrinə qədər irəliləmiş, siraət etmiş durumda. Sadəcə məsələ burasındadır ki, hakimiyyətin eyni adlı siyasi ünsürlər və bədbəxt strateqlərlə bağlı həqiqətən xüsusi planı yoxdur və heç bir zaman da olmayıb. Həm də ona görə olmayıb ki, haqqında danışdığımız qüvvələr özünüifşanı hamıdan daha mükəmməl şəkildə bacarıblar və həmin sahədə baş verən bütün “yeniliklər”i illər boyunca hər kəsdən daha gözəl formada mənimsəyiblər, əxz ediblər..

İkincisi, hər halda Xədicə İsmayılın özü də aydan arı, sudan duru deyil. Ölkənin maraqlarını da bu günə qədər onun satdığı bahalıqda kimsə satmayıb. Və ya bu adam elə bir xislətin sahibidir ki, həmin satqınlıq və casusluq nəticəyə varsın deyə bütün məhrimiyyətlərə gedər, hər şeyindən keçər. Hətta dünyalar qədər sevdiyi kilolarından belə...

Və nəhayət, üçüncüsü...Haqqında bəhs etdiyim yazıda xüsusi olaraq vurğulanır ki, Amerikadan gələn nümayəndə heyətinin Xədicə İsmayılla görüşü tam açıq bir formada(mühitdə) olub. Mərkəzi restoranların birində. Bu faktın özü isə Amerika və onun timsalında Qərblə bağlı qənaətlərimizi bir az da daha möhkəmləndirir və dolğunlaşdırır. Ya da belə deyək: İllərdir bizə boğazdan yuxarı demokratiya dərsi keçən Qərb hazırda açıq bir “verbovka”siyasəti aparır. Aralıqda var-gəl edən Eldar Namazov, Xədicə İsmayıl kimi “kitayski” millətşüvənlər isə həmin sirada öz yerlərini möhkəmləndirməyə israrlıdır.

Adlarına və tərzlərinə layiq şəkildə, təbii...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm