Nida.az
Metyu Brayza ABŞ-ın Azərbaycan siyasətini tənqid etdi
“Amerika liderləri gec-tez Azərbaycanın strateji önəmini
və onu müdafiə etməyin vacibliyini anlayacaq”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın
Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiyanın “Vestik
Kafkaza” saytına açıqlamasında deyib.
M. Brayza Azərbaycanı tənqid edən amerikalı siyasətçilərlə
razılaşmadığını bildirib: “Azərbaycanın vəziyyəti haqda danışan
amerikalı siyasətçilər bu ölkədə baş verənləri qətiyyən anlamır.
Onlar Azərbaycanın hansı çətin şərtlər altında yaşadığını başa
düşmürlər. Əgər mənim kolleqalarım bu ölkədə olsaydı, onlar
problemləri görərdilər. Yəni hər şey uzaqdan göründüyü qədər sadə
deyil. Obama əgər öz strateji maraqlarının müdafiəsi haqda
danışırsa, Səudiyyə Ərəbistanına kömək etdiyi kimi, Azərbaycana da
etməlidir”.
Amerikalı diplomat hesab edir ki, Vaşinqton hələlik bu məsələdə
tələsmir: “Lakin bir neçə ay sonra strateji düşünən insanlar
Azərbaycana lazımi diqqəti yönləndirməyə başlayacaq və vəziyyət
yaxşılaşacaq”.
Lakin M. Brayza ümumilikdə ABŞ-ın Cənubi Qafqaza həddindən artıq
az diqqət göstərdiyini bildirib.
“Bu diqqət ümumiyyətlə yoxdur. Hesab edirəm ki, burda ABŞ-ın
strateji maraqları vacibdir. Regionda üç ayrı ölkə var. Lakin
iqtisadiyyatına, əhalisinin sayına və strateji önəminə görə ən
vacibi Azərbaycandır. Sözsüz ki, Rusiya regionda böyük rol
oynayır”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı