Qənirə Paşayeva: “AŞPA Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı üçün bütün mexanizmlərə əl atmalıdır”
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva: “AŞPA Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı üçün bütün mexanizmlərə əl atmalıdır”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında müzakirə edilən əsas sənədlərdən biri Daimi komitə və Büronun hesabatı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva da iştirak edib və o, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Assambleyaya ünvanlanan müraciətinin yekun sənəddə öz əksini tapması istiqamətində çıxışını Parlament Assambleyasının katibliyinə təqdim edib və həmin sənəd nəşr edilərək Avropa Şurası Parlament Assambleyasında yayılıb.

Millət vəkili bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı erməni rejim tərəfindən girov götürülən azərbaycanlılar Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı əziyyət və işgəncələr verilməkdə davam edilir və onlara saxta məhkəmələr quraraq hələ də girov saxlamaqda davam edirlər və bu günə qədər azad etməyiblər.

AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməklə bərabər girovların azadlığa çıxması istiqamətində addımlar atmalıdır. Onların ailələri çağırış səsləndirərək AŞPA-dan bu istiqamətdə addımlar atılmasını gözləyirlər.” Düşünə bilirsinizmi, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan dözə bilməyib öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyətlər verilir”.

Biz çox ciddi narahatlıq doğuran bu məsələnin də məruzədə, yekun sənəddə öz əksini tapmasını istəyirik. “Eyni zamanda, qəbulundan 10 il keçməsinə baxmayaraq, 1416 saylı qətnamənin bu günə qədər yerinə yetirilməməsinin nəticəsidir ki, biz bu müzakirələri apardığımız günlərdə Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribati addımlarının qarşısını alan zaman 3 gənc insan, 3 azərbaycanlı həyatını itirdi. Əgər bu qətnamə həyata keçsəydi və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilsəydi bu gənc insanlar həyatını itirməzdi. Mən Assambleyamıza üz turaraq bu məsələlərə daha həssas yanaşmağa, müzakirələr aparmağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində səyləri daha da artırmağa, Ermənistana bu istiqamətdə ciddi təzyiqlər göstərməyə çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm