Əli Əhmədov YAP-ın parlament seçkilərinə hazırlığından danışdı
Bizi izləyin

Nida.az

Əli Əhmədov YAP-ın parlament seçkilərinə hazırlığından danışdı

“Yeni Azərbaycan Partiyasının formalaşmış ənənəsi ondan ibarətdir ki, biz seçkilərə seçkilər başlamazdan xeyli əvvəl hazırlaşmağa başlayırıq. Əldə etdiyimiz qələbələrin bir sıra səbəbləri içərisində Yeni Azərbaycan Partiyasının hər bir seçki kampaniyasına ciddi hazırlaşması da daxildir”.

Trend-in məlumatına görə, bu barədə Azəraycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə YAP-ın parlament seçkilərinə hazırlıqları barədə danışarkən deyib.

Ə.Əhmədov qeyd edib ki, hazırlıq proseslərində bir çox məsələlər, o cümlədən hakim partiyanı təmsil etməli olan insanlar müəyyənləşdiriləcək: “Amma bu, ciddi araşdırmalar nəticəsində olacaq”.

Onun sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti YAP-ı və seçiciləri qane edir: “Bu, mütləq nəzərə alınacaq. Bütövlükdə biz həmişə o mövqedən çıxış etmişik ki, Yeni Azərbaycan Partiyasını layiqincə təmsil etməyə qadir olan, Azərbaycan seçicilərinin rəğbətini qazana biləcək insanların namizədliyini irəli sürək ki, onlar seçki prosesində layiqli kampaniya aparıb seçicilərin səslərini qazana bilsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm