Sergey Narışkin: “Azərbaycan ədalətin xeyrinə səs verdi”
Bizi izləyin

Nida.az

Sergey Narışkin: “Azərbaycan ədalətin xeyrinə səs verdi”

“Azərbaycan Rusiyanın etibarlı və obyektiv dostudur. Bu ölkə AŞPA-da ədalətin, sağlam düşüncənin və demokratiyanın xeyrinə səs verdi”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA-nın qış sessiyasında Azərbaycanın Rusiyanın əleyhinə olan qətnaməyə səs verməməsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, dövlətlər üçün xüsusilə böhranlı zamanlarda etibarlı tərəfdaşlar olduqca vacibdir: “AŞPA-da sağlam düşüncəli, dürüst deputatlar var. Azərbaycan nümayəndə heyəti də lazım bildiyi kimi ədalətin, sağlam düşüncənin və demokratiyanın xeyrinə səs verdi. Bu, nümunə ola bilər”.


S. Narışkin qeyd edib ki, adi insanlar kimi dövlətlər də etibarlı və etibarsız olurlar. Onun sözlərinə görə, Azərbaycan əsl etibarlı ölkədir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm