Müsavat Divanı KQB üsulları ilə idarə olunur – Şok İddia
Bizi izləyin

Nida.az

Müsavat Divanı KQB üsulları ilə idarə olunur – Şok İddia

Başqanlığına keçmiş namizəd, Qubad İbadoğlunun təsis etdiyi ADR hərəkatının üzvü Səxavət Əlisoy Müsavat Divanını KQB adlandırıb.

Publika.az xəbər verir ki, S. Əlisoy Divanda KQB dəsti-xəttinin açıq-aşkar ortada olduğunu bildirib: “Ötən ilin noyabrında məni və Əlövsət Talışxanlını Hacılının Divanına çağırdılar. İndi Qubad İbadoğlunu və Ellada Məmmədlini dəvət ediblər. Vurğun Əyyubu niyə çağırmadıqlarını maraqlıdır. Dünən Divanda Ellada xanımla Qubad bəy barəsində “hökm” verildiyi xəbəri yayıldı. Bu gün Divanda təmsil olunan hüquqşünas Osman Kazımov bəyan edir ki, Qubad İbadoğlu və Ellada Məmmədlinin Müsavat Partiyasından çıxarılacağı ilə bağlı fikirlər yanlışdır. Divanın digər üzvü, hörmətli biyanşünas Gülağa Aslanlı isə açıqlayıb ki, Qubad İbadoğlu və partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Divana çağırılmağında məqsəd heç də onların partiyadan kənarlaşdırılması deyil.

KQB dəsti-xətti aşıq-aşkar ortadadır. 1937 - 1991-ci illərdə də müstəqil düşüncə sahiblərini, biət etməyənləri, mədhiyyə yazmayanları sorğu-sual üçün KQB-yə çağırırdılar. Sonra da “xəyanətkar” adlandırıb cəza verirdilər. Baş verən olaylara bağlı Hacılının ətrafındakı biətçilər istisna olmaqla azad müsavatçıların düşüncələri təkcə mənim üçün deyil, bütün Müsavat cameəsi üçün maraqlıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm