Qubad İbadoğlu Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis etdi
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis etdi

Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsisçisi Qubad İbadoğlu və tərəfdarları partiyadakı vəziyyətlə əlaqədar Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis ediblər.

Publika.az xəbər verir ki, komitə partiyanın sonuncu qurultayından sonra bəzi fəal üzvlərin Müsavatdan kənarlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılıb. Bununla əlaqədar müsavat üzvlərinə və partiya rəhbərliyinə müraciət ünvanlanıb.

Qeyd edək ki, fevralın 2-də Q. İbadoğlu və Ellada Məmmədli Divana dəvət olunub. Lakin Q. İbadoğlu həmin vaxt Bakıda olmayacağını əsas gətirərək toplantıda iştirakdan imtina edib. E. Məmmədli isə vaxtının imkan verəcəyi təqdirdə Divana qatılacağını bildirib.

Hər iki şəxsin Müsavatdan çıxarılması gündəmdədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm