Nida.az
Daxili Qoşunların əsgərləri and içdi
Fevralın 15-də Dövlət Bayrağı Meydanında DİN-in Daxili
Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib.
Mərasimdə əsgər valideynləri də iştirak edibllər.Daxili Qoşunlardan
Trend-ə bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin və respublikamizin suverenliyi, ərazi
bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət
Himni ifa olunub.
Qoşunların "N" saylı hərbi hissəsinin komandiri polkovnik Zəfər
Əliyev çıxış edərək, gənc əsgərlərə hərbi andın mənasını, öz
xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən hərbi
qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri
xatırlatmışdır.
Sonra gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının
mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini
şərəflə qoruyacaqlarına, bundan ötrü qanını və canını
əsirgəməyəcəklərinə söz verib.Andiçmə mərasimində iştirak edən
Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı
general-mayor Şahin Məmmədov qoşunlarda yeni xidmətə başlayan gənc
əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib və
tövsiyələrini çatdırıb.
Ş.Məmmədov qeyd edib ki, bu andan etibarən onlar da qoşunların
bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti -
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən
qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır
olmalıdırlar.
O, həmçinin gənc əsgərlərə xitabən vurğulayıb ki, bu müqəddəs andın
mənasını tam dərk etməli, vətəndaşlarımızın təhlükəsizliyi və
torpaqlarımızın müdafiəsi istiqamətində fədakar xidmətləri ilə
əllərindən gələni əsirgəməməlidirlər.
Digər çıxış edənlər də gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib, onlara səmimi, cəsur və intizamlı, daim Vətənin müdafiəsinə hazır olmağı, bir sözlə, Azərbaycan əsgərinə xas olan bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə ediblər.Mərasim gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?