Azay Quliyev: “Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır”
Bizi izləyin

Nida.az

Azay Quliyev: “Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır”

“ATƏT-in Minsk qrupunun tərkibi 20 ildir ki, dəyişmir. Bu cür tərkibi olan qrup heç bir məsələnin həllinə nail ola bilməz”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi rəsmi şəkildə ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini qaldırmalıdır. A.Quliyev deyib ki, artıq bu cür addımlar atmağın zamanı çatıb: “Almaniyanın Minsk qrupuna gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr – ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır”.

A.Quliyev ATƏT PA-nın növbəti sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətində olduğunu söyləyib. Deputat həmçinin Serj Sarkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı petisiya hazırlandığını qeyd edərək bütün ictimaiyyəti bu petisiyanı dəstəkləməyə çağırıb: “100 min imza lazımdır və ümid edirəm ki, bu imzaları qısa zamanda təqdim edəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm