• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Səhiyyə və Ədliyyə nazirliklərinin adlarının dəyişdirilməsi təklif olunur

  • Nida.az
  • 2 Fevral 2015 13:54
  • 440 Baxış
Səhiyyə və Ədliyyə nazirliklərinin adlarının dəyişdirilməsi təklif olunur

“Azərbaycanda iki nazirliyin adı dəyişdirilməlidir”.

Publika.az-ın məlumatına görə, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc çıxış edib.

Onun sözlərinə görə, Səhiyyə və Ədliyyə nazirliklərinin adları Azərbaycan dilinə uyğun gəlmir: “Mən peşəkar dilçilərlə də müzakirə aparmışam. “Səhiyyə” və “ədliyyə” sözünü Azərbaycan vətəndaşına izah etmək mümkün deyil. Əgər “ədliyyə” sözü adillik, ədaləti təmin edən anlayışını verirsə, onda belə də olmalıdır. Bu, mənim nazirlərə münasibətimdən irəli gəlmir, sadəcə hesab edirəm ki, dövlət qurumlarının adları öz dilimizdə olmalıdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR