Bahar Muradova: “Seçki Məcəlləsinə dəyişikliklərə ehtiyac yoxdur”
Bizi izləyin

Nida.az

Bahar Muradova: “Seçki Məcəlləsinə dəyişikliklərə ehtiyac yoxdur”

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Publika.az-ın məlumatına görə, vitse-spiker deyib ki, Seçki Məcəlləsinə hər hansı bir dəyişiklik edilməsinə ehtiyac yoxdur: “Bunu daha öncəki seçkilər də sübut edib. Seçki qanunvericiliyinin hər bir hərfini fəaliyyəti zamanı əldə rəhbər tutan Yeni Azərbaycan Partiyası onun bütün müddəalarının Azərbaycanın ictimai-siyasi reallıqlarına uyğun olduğu qənaətindədir. Hər hansı bir texniki, prosedur dəyişikliyinin olmasını istisna etmirəm. Amma bütövlükdə hesab edirik ki, Seçki Məcəlləsinin dəyişdirilməsinə ehtiyac yoxdur. Girov qoymaqla qeydiyyatın bərpası ilə bağlı təklifi məqsədəuyğun hesab etmirəm. Çünki məhz konyuktur addımlar, başqa-başqa hərəkətlər bu müddəanın mövcudluğu zamanı meydana çıxırdı. Ona görə ki, heç bir sosial dayağı olmayan, seçicilərin heç bir etimadını qazanmayan, onların etimadını qazanmaq üçün də heç bir cəhd göstərməyən adam müəyyən qədər pul ödəyir, yarışa girir və status qazanır. Hətta iş elə gətirir ki, həmin adam millət vəkili olur. Sonrakı fəaliyyətində də həmin mövqedən çıxış edir. Ona görə də, bu məsələdə geriyə qayıdış mümkün deyil. Seçki komissiyaları ilə bağlı balansı isə bugünkü ictimai siyasi reallıqlara uyğun hesab edirəm”.

B.Muradova onu da deyib ki, Serj Sarkisyan prezident olduğu üçün onun immuniteti var: “Ancaq gün gələcək, Sarkisyan və digərləri layiqli cəzalarını alacaqlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm