Siyavuş Novruzov: “Köhnə məcəllə “aşsüzən”dir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Köhnə məcəllə “aşsüzən”dir”

“İnzibati Xətalar Məcəlləsinə 1000-dən çox dəyişiklik edilib. Ona görə də bu məcəllə yenidən nəşr edilməlidir”.

Publika.az-ın məlumatına görə, belə bir təkliflə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

S.Novruzov deyib ki, köhnə İnzibati Xətalar Məcəlləsi “aşsüzən”dir: “Bu da məhkəmə və hüquq mühafizə orqanlarının işində müəyyən problem yaradır. Məhkəmə prosesi zamanı yeni dəyişiklik əvəzinə köhnə qaydaya görə qərar çıxarılır ki, bu da sonda ciddi problem yaradır. Parlamentimizin mətbəəsi var. Bu baxımdan təklif edirəm ki, parlamentin yaz sessiyası ərəfəsində İnzibati Xətalar Məcəlləsi yenidən nəşr olunaraq cəmiyyətə yeni formada təqdim edək”.

Milli Məclisin sədri Oqtay Əsədov Siyavuş Novruzovun təklifinə cavab olaraq deyib ki, məcəllənin yeni formada nəşrinə ehtiyac yoxdur: “Çünki Məcəlləni yox, qanunları yenidən çap etməliyik. Ona görə də bunun başqa çıxış yolunu tapmalıyıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm