• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Məni lap ağlamaq tutdu” – spikerden deputata CAVAB

  • Nida.az
  • 2 Fevral 2015 17:59
  • 521 Baxış
“Məni lap ağlamaq tutdu” – spikerden deputata CAVAB

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Etibar Hüseynov Azərbaycan polisinin hüquq və səlahiyyətlərinin artırılması təklifi ilə çıxış edib.

Publika.az-ın məlumatına görə, E.Hüseynov deyib ki, mətbuatda hər gün polisə zorakılıq edilməsi, üzərinə maşın sürülməsi, poqonunun sökülməsinə rast gəlinir: “Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hansısa ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı, yayın istisi, qışın soyuğunda gərgin rejimdə işləyirlər. Küçədə cinayət hadisəsi olanda polis gəlməmiş həll olunmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışır”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab verib: “Ölkədəki polislər öz işlərini lazımi səviyyədə görürlər. Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam. Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb. Düşünün ki, polis olmasa, ölkədə vəziyyət necə olardı”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR