Qüdrət Həsənquliyev: “Mərc oyunları yığışdırılmalıdır”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Mərc oyunları yığışdırılmalıdır”

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda hazırda fəaliyyət göstərən idman mərc oyunlarının ləğv olunmasını təklif edib.

Publika.az-ın məlumatına görə, deputat qeyd edib ki, bu oyunların ləğv olunması çox vacibdir: “Bir vaxtlar yaxşı ki, Heydər Əliyev Azərbaycanda kazinoları yığışdırdı. O bu addımı ilə çox ailəni, çox gənci bu bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradıb. Nə qədər ailənin uşaqları bu bəlaya düçar olub”.

Q.Həsənquliyev bu cür oyunların ləğv edilməsini, əvəzində isə keçmişdə olduğu kimi, "Super loto" kimi oyunların keçirilməsini təklif edib.

Deputatın təklifinə reaksiya verən spiker Oqtay Əsədov da onunla razı olduğunu bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm