"Reklam haqqında" qanuna dəyişiklik edildi
Bizi izləyin

Nida.az

"Reklam haqqında" qanuna dəyişiklik edildi

Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilməsi qadağan edilir.

Publika.az-ın məlumatına görə, mövcud qadağa "Reklam haqqında" qanuna edilməsi nəzərdə tutulan dəyişiklik layihəsində yer alıb.

Yeni layihəyə əsasən, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövrü mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır. Bununla yanaşı, teatr tamaşasının gedişində və kino filmlərinin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağandır.

Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm